“Bravo” bu FOTOYA görə üzr istədi- FOTO

22-04-2021, 13:44           
“Bravo” bu FOTOYA görə üzr istədi- FOTO
“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.

Bizim.Media xəbər verir ki, “Bravo Supermarket Azərbaycan” şirkəti bununla bağlı açıqlama yayıb:

“Marketlərimizin birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik.

Diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılıb”.

Qeyd edək ki, marketdə endirimdə olan araqların stendi üzərində “Ramazan ayının xüsusi təklifləri” lövhəsi yerləşdirilib.

Hörmətli həmvətənlərimiz!
Marketlərimizdən birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik.
Qeyd etmək istərdik ki, diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılmışdır.
Biz Bravo - cəmiyyətimizin bir hissəsi olaraq, hər kəsin dini ənənə və dəyərlərinə hörmətlə yanaşırıq.
Hər birinizə Ramazan ayının xoş keçməsini və imanınızın güclü olmasını arzulayırıq!
Allah orucunuzu qəbul etsin!
120 2 17
________________________________________________________________













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru