Anar Kərimovun vəziyyəti necədir? - "Nazir heç kəsi yoluxdurmayıb"

23-04-2021, 13:53           
Anar Kərimovun vəziyyəti necədir? - "Nazir heç kəsi yoluxdurmayıb"
Xəbər verdiyimiz kimi, Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından bir müddətdir karantinə alınıb.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir. Nazirlikdən Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.

Hazırda Anar Kərimovun səhhəti necədir? Onunla yaxın təmasda olan əməkdaşlar arasında virusa yoluxma halı aşkarlanıbmı?

Mədəniyyət Nazirliyindən Cebhe.info-nun soğrusuna cavab olaraq bildirilib ki, hazırda nazirin səhhətində müsbətə doğru dəyişikliklər var:

“Anar Kərimovun vəziyyəti hazırda stabildir. Onun səhhətində müsbətə doğru dəyişikliklər var. Anar Kərimovla yaxın təmasda olan əməkdaşlar arasında isə koronavirusa yoluxma faktı qeydə alınmayıb. Hazırda hər birinin səhhəti yaxşıdır və məsafədən fəaliyyətlərini davam etdirirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.