Dünyada son sutkada 900 minədək insan koronavirusa yoluxub

24-04-2021, 08:23           
Dünyada son sutkada 900 minədək insan koronavirusa yoluxub
Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 894 mindən çox artaraq, ümumilikdə 144,35 milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 14,1 mindən çox artaraq 3,06 milyonu ötüb.

23 aprel Bakı vaxtı ilə saat 19:14-ə olan məlumata əsasən, 144 358 956 nəfər koronavirusa yoluxub, 3 066 113 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 894 043 nəfər, ölənlərin sayı isə 14 151 nəfər artıb.

Ötən gün ərzində yoluxma hallarının 39%-dən çoxu Cənub-Şərqi Asiyada (346 355) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (230 157), üçüncü yerdə Avropa (229 849) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 31 530 214 nəfər. Onun ardınca Hindistan (16 263 695), Braziliya (14 122 795), Fransa (5 325 495), Rusiya (4 744 961), Türkiyə (4 501 382), Böyük Britaniya (4 398 435), İtaliya (3 920 945), İspaniya (3 456 886), Almaniya (3 245 253), Argentina (2 769 552) və Polşa (2 742 122) gəlir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.