Bu avtomobillərin qiyməti ucuzlaşacaq

26-04-2021, 06:05           
Bu avtomobillərin qiyməti ucuzlaşacaq
Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev məlumat verib.

Teref.az xəbər verir ki, o bildirib ki, koronavirusa yoluxma statistikası avtomobillərin qiymətinə təsir edən amillərdəndir:

"Son zamanlar avtomobil alqı-satqı saytlarında və bazarda durğunluq müşahidə edilir. Bir avtomobilin günlərlə, həftələrlə satılmamasının şahidi oluruq. Hesab edirəm ki, yoluxma sayındakı artımla əlaqədar alıcılıq qabiliyyətinin zəifləməsi davam edəcək. Yoluxma azalanda isə yenidən aktivlik artacaq.

Qarşıdakı aylarda ikinci əl avtomobillərin qiymətində artım gözlənilmir. Çünki qiymət artımını şərtləndirəcək amillər yoxdur. Yəni dövlət rüsumu artmayıb, hansısa qadağa tətbiq olunmayıb.

Əksinə bazarda aktivliyin azalmasına görə qiymətin sabit qalması, hətta bir az daha ucuzlaşması müşahidə edilə bilər”.

///ARB24












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru