Tarixdəki erməni vəhşiliyi: 370 nəfəri məscidə yığaraq diri-diri yandırıblar – FAKT
26-04-2021, 11:19
ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi tarixi faktların saxtalaşdırılması olmaqla yanaşı, 1915-ci ildə ermənilərin həyata keçirdiyi qətliamların da qulaqardına vurulması ilə tarixin utanc səhifəsinə yazıldı.
Busaat.az xəbər verir ki, 1915-ci ildə ermənilərin həyata keçirdiyi qətliamların ən böyüyü Ərdahanda yaşanıb.
Ərdahan Universitetinin şöbə müdiri Nurəddin Böyükbaşın hazırladığı sənədli filmdə dövrün qaranlıq tərəfi gün üzünə çıxarılıb.
Filmdə qeyd edilib ki, 1915-ci ildə erməni vəhşiliyi özünün ən pik nöqtəsinə çatıb: Ərdahandakı Ərəb məscidinə doldurulan 370 nəfər diri-diri yandırılıb.
Türklərə qarşı erməni vəhşiliyinin hansı səviyyədə olduğunun hər kəs tərəfindən bilinməsinin vacibliyini vurğulayan Böyükbaş 3 ay ərzində bölgədəki bütün məscidlərin dağıdıldığını, insanlara olmazın zülmlər verildiyini qeyd edib:
“Qars və ətraf bölgələr 1877-ci ilin 18 noyabrında işğal edildi. Bu işğalla birlikdə Qars 40 il rusların əsarəti altında qaldı. Ruslar ermənilərlə birlikdə üç ay ərzində bütün məscid, türbə və tarixi əsərləri məhv etdilər. Müsəlman xalqa qarşı qorxunc qətliamlar həyata keçirdilər. Bu qətliamlardan biri də Ərdahanda edildi. Rus və erməni bilrikləri təqribən 370 insanı məscidə toplayıb ətrafına quru otlar yığaraq yandırdılar. Yüzlərlə insanı diri-diri yandırdılar. Əsl qətliamı kimin törətdiyi ortadadır. Əsl qətliama məruz qalanlar türklərdir”