Qarabağ bölgəsinin su ehtiyatlarının həcmi açıqlanıb

28-04-2021, 09:29           
Qarabağ bölgəsinin su ehtiyatlarının həcmi açıqlanıb
Qarabağ bölgəsi və ətraf rayonlarının su ehtiyatlarının həcmi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:

"Araz, Bərgüşad, Tərtər, Hərkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin ürzində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Arazçaydır. Onun uzunluğu 1072 kilometrdir.

Nazir müavini qeyd edib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühim əhəmiyyət daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru