Bu il koronavirusun qurbanı olan məşhurlar: Siyahıda kimlər var? - BİZİM TƏQDİMAT

30-04-2021, 00:05           
Bu il koronavirusun qurbanı olan məşhurlar: Siyahıda kimlər var? - BİZİM TƏQDİMAT
Bir ildən artıqdır ki, dünya ölkələri koronavirusla mübarizəni davam etdirir.

Dünyada indiyədək 150 242 628 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 3 164 170 xəstə ölüb, 127 775 690 nəfər sağalıb.

Azərbaycanda koronavirus infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb. 4 490 nəfər vəfat edib. 26 125 nəfər aktiv
xəstə sayını təşkil edib.

Son günlərdə isə koronavirusdan ölüm sayında artım müşahidə edilir. Bu təkcə digər ölkələr üçün keçərli deyil, Azərbaycanda da eyni situasiya müşahidə olunur.

Koronavirusdan həyatını itirən şəxslər siyahısında məşhurlar da çoxluq təşkil edir.

Cebhe.info budəfəki araşdırmasında cari il ərzində COVID-19-dan həyatını itirən məşhurlarımız barədə araşdırma edib.

Sözügedən araşdırmanı diqqətinizə çatdırırıq:

*Qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də koronavirusdan dünyasını dəyişib. Xatırladaq ki, 77 yaşlı xalq artisti yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi.

*Əməkdar artist Baloğlan Əşrəfov da 27 aprel tarixində COVID-19-dan vəfat edib. Qeyd edək ki, 70 yaşlı müğənni ev şəraitində müalicə alırdı.

*Tarixçi alim Dilavər Əzimli martın 3-də koronavirusdan vəfat edib. D.Əzimli yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.

*Yazıçı, 1940-cı il təvəllüdlü Azər Abdulla da bu il dünyasını dəyişən məşhurlarımızdandır. O, martın 20-də həyata gözlərini yumub. Azər Abdulla 1940-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində doğulub. 1962-1967ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirib.

Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işləyərkən başlayıb (1967-1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirib. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışıb. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru olub. "Bir durna qatarıyıq", "Gedirəm gün doğana", "Səni gözləyirəm", "Bəyaz çiçəklər", "Qəmərlidən keçən qatar" və başqa kitabların müəllifidir.

*Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov da koronavirusdan vəfat edib.

İsmayıl Ələkbərov 1939-cu il sentyabrın 14-də Bakıda anadan olub. 1966-cı ildə A.Zeynallı adına Musiqi Texnikumumun (indiki Musiqi Kolleci – red.) muğam şöbəsini, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub. Teatrda çalışdığı müddətdə opera tamaşalarında müxtəlif rollarda çıxış edib. 2009-cu ildə Əməkdar artisti fəxri adına layiq görülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.