Dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayında yenidən artım müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində 870 419 nəfər yeni koronavirusa yoluxub, 14 886 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 149 216 984, ölənlərin isə 3 144 028 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (31,8 milyon), Hindistan (18,3 milyon), Braziliya (14,4 milyon) və Fransada (5,4 milyon) qeydə alınıb.