"Space" TV-nin yeni rəhbəri istefa verdi

10-05-2021, 15:59           
"Space" TV-nin yeni rəhbəri istefa verdi
Bir neçə gün əvvəl "Speys" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

Teref.az Nyus24.az-a istinadən xəbər verir ki, Ü.Mikayılova Speys TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. Speys TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Ü.Mikayılova Speys TV-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Spes"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru