Daşaltı şəhidlərinin qalıqları niyə axtarılmır? - Hərbi ekspert yazır..... FOTO

11-05-2021, 18:47           
Daşaltı şəhidlərinin qalıqları niyə axtarılmır? - Hərbi ekspert yazır..... FOTO
Teref.az xəbər verir ki, ehtiyatda olan zabit, hərbi ekspert Nazim Bayram Daşaltı şəhidlərinin axtarılmaması ilə bağlı narahatlığını ifadə edərək yazır: ·
Daşaltı azad olunandan sonra düşünürdüm, aidiyatlı dövlət strukturlarımız ilk növbədə, orada 1992 il yanvarın 25-26-ı həlak olub, qalan 90 nəfərədək hərbçilərimizin kütləvi məzarlığını aşkar etməyə səy göstərəcəklər.
Təəsüf ki, bu məsələ hələ də gündəmə yoxdur.
Halbuki, Daşaltı erməni nəzarətində olan dövrdə Azərbaycan bununla bağlı beynəlalq təşkilatlara çoxsaylı müraciətlər edirdi.
İllər öncə Qırmızı Xaç təşkilatı orada həlak olanların yaxın qohumlarından DNK-analizləri almışdı və demişdilər ki, erməni tərəfi ilə kütləvi məzarlığın yerinin təsbit olunması barədə danışıqlar gedir.
KİV-in nümayəndələrindən xahiş edirəm məsələni gündəmə gətirsinlər, Daşaltı Şəhidlərinin qarşısında son borcumuzu yerinə yetirək, ailələri də təskinlik tapsınlar.
P.S. Ermənilərin 1992-ci ilin fevralın 4-ü 11-i arasında çəkdikləri, bu statusda paylaşdığım fotolarla bağlı FB adminliyindən mənə yazdılar, "fotolar şəbəkə üçün qeyri-məqbul sayıldığından kontenti məhdudlaşdırırlar".
Statusun məzmununun maksimal yayılmasında maraqlı olduğuma görə fotoları statusdan sildim.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.