Gözəgörünməzlə mübarizədə nə qədər PULUMUZ var? - MƏBLƏĞ

25-06-2021, 18:03           
Gözəgörünməzlə mübarizədə nə qədər PULUMUZ var? - MƏBLƏĞ
Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon 816 min 519 manat ianə toplanıb. Son ianə ötən ayın 5-də olub.

Hüquqi şəxslər tərəfindən Fonda olan ayırmaların məbləği 86 milyon 393 min 191 manat, fiziki şəxslər tərəfindən isə 7 milyon 423 min 328 manat ianə olub.

Bizim.Media-nın məlumatına görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ xərclənməyib.

Xatırladaq ki, sözügedən Fond ötən il martın 19-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkədə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradılıb. İlkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.

Fondun fəaliyyətinin şəffaf olması məqsədilə ötən il aprelin 11-də İctimai Nəzarət Şurası yaradılıb.

Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilsə də, Fonda yığılan puldan hələki xərclənmə həyata keçirilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.