"Formula 1"ə görə qurulan ifrastruktur niyə sökülmür? - "Tıxaca və narazılığa səbəb olur" - ŞƏRH

26-06-2021, 00:07           
"Formula 1"ə görə qurulan ifrastruktur niyə sökülmür? -
“Formula 1″ yarışı üçün qurulan infrastrukturun sökülməməsi yollarda sıxlıq yaradır”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, yarışın bitməsinə baxmayaraq, şəhər mərkəzindəki bəzi yollarda qurğuların sökülməməsi əlavə xərclərin qarşısını almaq üçündür:

“Formula 1″ə görə qurulan infrastrukturun əksəriyyətinin sökülməməsinin müəyyən səbəbləri var. Əsas səbəblərdən biri bu yarışın hər il ölkəmizdə ənənəvi qaydada keçirilməsidir. Bu yarışın təşkili Azərbaycanın beynəlxalq arenada timsalına çevrilməsi və ölkəmizin təbliğatı üçün nəzərdə tutulub. Lakin yarış bitəndən sonra bəzi qurğuların sökülməməsi infrasturkturun növbəti illərdə yenidən qurulacağına zəmin yaradır. Yəni infrastrukturu hər dəfə daşımaq və quraşdırmaq xərcləri artırmaqla yanaşı, vaxt itkisini də səbəb olur. Bütün hallarda beton qurğuların şəhərin mərkəzi yollarında birbaşa tıxaclar yaratması danılmaz faktdır. Lakin müşahidə göstərir ki, zaman getdikcə sürücülər yaranan sıxlığa öyrəşirlər”.

Qeyd edək ki, artıq iki həftədən çoxdur “Formula-1″in Azərbaycan Qran Prisinin başa çatmasına baxmayaraq şəhərin müəyyən yerlərində qurulan infrastruktur – beton qurğular, dəmir arakəsmələr, keçid və oturacaqlar hələ də sökülməyib. Bu da tıxaca və narazılığa səbəb olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.