“Satqın” damğası “daşıyan” ermənilər…
27-06-2021, 11:37
Ermənistanın Azərbycanla münasibətləri normallaşdırmasına mane olmağa çalışan əsas fiqur kimi erməni ombudsmanı Armen Totoyanın adı hallanır. Bu erməni bəzi həmfikirlərindən fərqli olaraq, Azərbaycan və azərbaycanlılar əleyhinə milli, dini ayrıseçkilik təbliğatı aparmaqda lap öndə gedənlərdəndir.
O da bildirilir ki, bu “humanist ombudsman” hətta vaxtilə ermənilərin rusların köməyi ilə işğal etdikləri sərhəd məntəqələrinin də Azərbaycana təhvil verilməsinin əleyhinə çıxanlardandır. Əslində bu, insanlar arasında humanizm təbliğ etməli olan bir erməninin əməllərinin kiçik bir hissəsidir. Buna baxmayaraq, bu gün ermənilər Totoyanın “reytinq"inin ölkədə ən yüksək olduğunu qeyd edirlər.
…Deməli bu, “yüksək reytinqli” erməni ötən gün yenə də ənənəsinə sadiq olan fikirlərə toxunub. Deyib ki, Azərbaycanın həbs etdiyi bütün erməni məhbusları günahsızdırlar və ona görə də, onlar dərhal sərbəst buraxılmalı və heç bir şərt qoyulmadan vətənlərinə qaytarılmalıdırlar. Totoyana görə, Azərbaycannın erməni məhbuslarına qarşı təşkil etdiyi məhkəmələr hamısı uydurmadır, yəni dünya üçün təmin olunmuş örtükdür.
Guya Bakı, erməni məhbuslarını sərbəst buraxmamaq və bunun müqabilində maksimum hərbi-siyasi fayda əldə etmək üçün bu proseslərdən “bəhanə” olaraq istifadə edir.
…İnanın ki, burda deyirlər ey “…camata it hürər, bizə də Totoyan”…
Təbi ki, həyasızlığın bu millətin boyuna ölçüldüyünü demək, məncə, təkrarçılıq olar.
Deyim ki, ombudsman olduğu ərəfədə heç bir azərbaycanlı əsirlə, onun yaşam tərzi ilə mraqlanmayan Totoyanın dünyaya xitəbən Azərbaycandan “etdiyi tələblər” çox gülünc görünür. Bundan əlavə, bu gün Azərbaycanın azad edib Ermənistana təhvil verdiyi erməni əsirlərin verdiyi açıqlamalar da erməni ombudsmanı əsəbləşdirirmiş. Çünki həmin əsirlərin Azərbaycan həbsxanasında saxlanılarkən gördükləri şəraiti, onların Ermənistanda azad həyat yaşayarkən belə görmədiklərini etiraf etmələri, Totoyan kimilərinə od qoyur. Təsadüfi deyil ki, bu gün Azərbaycan əsirliyindən qayıdıb bu erirafları bulunan ermənilər hələ də “satqın” damğası “daşıyırlar”. Məsələ bundadır ki, bu gün nifrət təbliğatı, Totoyan kimi ermənilərin simasında artıq dövlət səviyyəsində belə davam etməkdədir.
…Amma buna baxmayaraq, Armen Totoyanın beynəlxalq ictimaiyyəti beynəlxalq və humanitar qanunları “kobud şəkildə pozan Bakının” davranışlarına diqqət yetirməyə çağırması gülüncdən daha çox, erməni faciəsi kimi başa düşülməlidir.sia.az