DİQQƏT: AstraZeneca ölüm və yan təsirləri ilə bir daha gündəmdə
27-06-2021, 20:32
İngiltərədə istehsal olunan və əsasən bu ölkədə istifadə edilən COVİD-19 peyvəndi “AstraZeneca” ölüm və yan təsirləri ilə bağlı bir daha gündəmə gəlib.
Teref.az Yenisabah.az-a istinadən xəbər verir ki, Zion kimi tanınan rok musiqiçisi “AstraZeneca” peyvəndi vurdurduqdan iki həftə sonra beyin qanamasından ölüb.
İlkin hesabata görə, ölümə peyvəndin səbəb ola biləcəyi iddia edilib.
Peyvənddən sonra ağır baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 48 yaşlı müğənninin ölümü ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, Cənubi Kiprdə yaşayan 39 yaşlı ingilis model Stepania Dubois ötən günlərdə “AstraZeneca” peyvəndi vurdurduqdan sonra həyatını itirmişdi.