Uhan laboratoriyasının keçmiş işçisindən koronavirusun yayılması ilə bağlı açıqlama

29-06-2021, 08:03           
Uhan laboratoriyasının keçmiş işçisindən koronavirusun yayılması ilə bağlı açıqlama
Əvvəllər Çinin Uhan şəhərində Virusologiya İnstitutunun laboratoriyasında işləyən amerikalı virusoloq Daniella Anderson COVID-19-un mənşəyinin daha təbii olduğuna inandığını bildirib.

O, bu barədə “Bloomberg”ə verdiyi müsahibədə bildirib.
Alim virusun Uhan laboratoriyasından yayılması ilə bağlı iddianı istisna etmir. Ancaq virusun insanları yoluxdurmaq üçün xüsusi olaraq yaradılmadığını və qəsdən laboratoriyadan azad edilmədiyini deyib.

“Hansısa alim virusla işləyərkən bilmədən xəstələnə və sonra səhvən COVID-19-u başqalarına ötürə bilər”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Devid Aşer bəyan etmişdi ki, hələ 2019-cu ilin dekabr ayında Uhan laboratosiyası həkiminin həyat yoldaşı COVID-19 səbəbilə vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru