İqtisadi kataklizmlərə gedən ölkə

29-06-2021, 08:22           
İqtisadi kataklizmlərə gedən ölkə
Bu ilin 5 ayı ərzində Neft Fondunun gəlirlərinin 1.8 milyard dollar təşkil etməsi faktı, keçən il olduğu kimi, bu il də neft gəlirlərinin 4 milyard dollar civarında dəyişəcəyini göstərir
Müasir Azərbaycan iqtisadi göstəricilərinin bilavasitə Neft Fondunun dövlət büdcəsinə transferlərindən asılı olduğunu nəzərə alsaq, vəziyyətin kifayət qədər acınacaqlı olduğunu deyə bilərik. Çünki məhz büdcəyə yönəldilən neft dollarları digər sahələrə axaraq ölkədə iqtisadi canlanma yaradır və sosial öhdəliklərin icrasına şərait yaradırdı
Dövlət büdcəsinə transferlərin 5 milyard dollardan aşağı düşməsi, analoqu olmayan inkişaf proyektinin yaxın gələcəkdə sonu deməkdir. Hazırda ölkədə müşahidə edilən kütləvi yoxsulluq və səfalət, müxtəlif mənbələrdən (vergi, gömrük və Neft Fondu) büdcəyə yönəldilən real məbləğin rəsmi rəqəmlərdən xeyli az olmasına əsaslı şübhələr yaradır
Azərbaycan iqtisadiyyatının primitiv strukturunu nəzərə alsaq, Neft Fondu dövlət büdcəsinə transferləri 5 milyarda salarsa, tam iqtisadi durğunluq baş verər (hazırda bu vəziyyətə şahidlik edirik), bu vəsait 4 milyarddan az olarsa, ölkə mövcud stabil tənəzzüldən çixaraq iqtisadi xaosa yuvarlanar, devalvasiya və hiperinflyasiya fonunda sosial öhdəliklərin icrası da qeyri-mümkün hal alar
Bir sözlə, bu tip iqtisadiyyatlar ölkəyə daxil olan valyutadan kritik dərəcədə asılıdırlar. Neft dollarları, kreditlər və ya sponsorların dəstəyi formasında, necə olur-olsun ölkəyə valyuta axmalıdır. Həmin valyuta müəyyən həddən aşağı düşdükdə, belə iqtisadiyyata malik əhali arasındakı konsensus pozulur, elitanın müəyyən hissəsinin qidalanma mexanizmi sıradan çıxır və kataklizmlər qaçılmaz şəkil alır
İqtisadi kataklizmlərə gedən ölkə
Qaşqay İsmayıl
anaxeber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.