Gürcüstan quru sərhədi açsa da, Azərbaycandan gedə bilmərik

29-06-2021, 12:43           
Gürcüstan quru sərhədi açsa da, Azərbaycandan gedə bilmərik
Son günlər sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının quru sərhədi ilə Gürcüstana və Türkiyəyə getmək planları müzakirə olunur. Gürcüstanın quru yollarını açması səfərə hazırlaşan Azərbaycan vətəndaşlarında çaşqınlıq yaradıb. Qonşu ölkə quru yolla girişi açsa da, Azərbaycandan isə çıxış bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, bu məsələyə son günlər dövlətin müxtəlif səlahiyyətli şəxsləri tərəfindən də açıqlama verilib.

Prezidentin köməkçisi Şahmar Mövsümov iyunun 15-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, hazırda digər məsələlərdən fərqli olaraq quru sərhədlərinin açılması ilə bağlı məsələ ümumiyyətlə, müzakirə olunmur.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən də “Qafqazinfo”nun bu barədə sorğusuna cavab olaraq bildirilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust tarixinədək uzadılıb: “Dövlət sərhədindən şəxslərin buraxılışı yalnız müəyyən olunmuş qaydada Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən icazə əsasında həyata keçirilir”.

Bu arada qeyd edək ki, sözügedən ölkələrə hava yolu xətti ilə səfər etmək mükündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.