İki ölkə arasında transsərhəd çay olan Oxçuçay, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Oxçuçayın ekosisteminin tamamilə məhv olmasına səbəb olan qurum və şirkətlər çayın çirkləndirilməsini dərhal dayandırmalıdırlar.