Yeni jurnalist vəsiqələrinin üstünlükləri nədir?

3-07-2021, 12:41           
Yeni jurnalist vəsiqələrinin üstünlükləri nədir?
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə veriləcək jurnalist vəsiqəsinin üstünlüyündən danışıb.

Teref.az-ın xəbərinə görə, bu barədə “Report”a açıqlama verən Ə.İsmayılov bildirib ki, jurnalist ona veriləcək vəsiqə ilə bir çox üstünlüklərə sahib olacaq:

“Həmin vəsiqənin gələcəkdə jurnalistlərlə bağlı hər hansı dövlət layihələrinin həyata keçirilməsində və onların motivasiya olunmasında üstünlükləri olacaq. Həmin jurnalist vəsiqəsinin sahibi bu imtiyazlardan istifadə etmək hüququna malik olacaq”.

Qeyd edək ki, Ə.İsmayılov jurnalistlər tərəfindən vəsiqənin alınmasının könüllü olacağı və həmin vəsiqənin alınması üçün tələblərin müəyyən olunacağını da bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru