Erməni hərbçilər postumuza girmək istəyiblər: - Kəlbəcərdə NƏ BAŞ VERİR?

7-07-2021, 16:42           
Erməni hərbçilər postumuza girmək istəyiblər: -
Xəbər verildiyi kimi, dünən Azərbaycan-Ermənistan sərhəddinin Geqarkunik rayonu istiqamətində insident yaşanıb. Erməni mənbələri iddia ediblər ki, həmin insident zamanı iki erməni və iki azərbaycanlı hərbçi yaralanıb.

JAMAZ.İNFO xəbər verir ki, həmin məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq, sərhəddə ermənilərə atəş açmadıqlarını və Ordumuzun hərbçilərinin də yaralanmadığını bəyan edib. Bu gün isə “Sputnik Ermənistan” baş verən hadisənin detalları barədə məlumat yayıb.

Sayt iddia edir ki, insidentə səbəb hərbçilər arasında yaşanmış mübahisə olub. Bbelə ki, bir-birlərindən 100 metr aralıda dayanan Azərbaycan və Ermənistan hərbçiləri mübahisə ediblər. “Bundan sonra erməni hərbçiləri silahı yerə qoyaraq, yalın əllə Azərbaycan əsgərlərinin yerləşdiyi posta gedərək, məsələni aydınlaşdırmağa çalışıblar. Azərbaycan hərbçiləri onlardan yaxınlaşmamağı tələb edib və havaya atəş açıb. Lakin erməni hərbçiləri dayanmayıb. Bu zaman Azərbaycan hərbçiləri onların ayaqları altına atəş açıb, nəticədə, bir erməni əsgəri yaralanıb”.

Sayt iddia edir ki, vəziyyətin belə olmasını görən erməni hərbçi də Azərbaycan tərəfini atəşə tutmağa başlayıb.

Məsələnin maraqlı tərəfi odur ki, “Sputnik Ermənistan” Xəbər Agentliyi özü yazdığı yazıda yalana yol verdiyinin fərqində olmayıb. Belə ki, agentlik iddia edir ki, erməni əsgərlər Azərbaycan postuna silahsız yaxınlaşıblar. Əgər silahsız yaxınlaşmışdılarsa, o zaman özlərinin yazdıqları kimi, atəş açan erməninin əlindəki silah haradan idi? Deməli, təxribatı törədən elə ermənilərin özü olub. Üstəlik, silahdan istifadə edən də düşmən əsgəri olub ki, nəticədə, cavabları verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.