Deputat polis əməkdaşını niyə döyüb? – Səbəbi açıqlandı

30-07-2021, 09:27           
Deputat polis əməkdaşını niyə döyüb? – Səbəbi açıqlandı
Deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsinin bəzi təfərrüatı üzə çıxıb.

Teref.az xəbər verir ki, "Bakupost.az"a daxil olan məlumata görə, hadisə bir neçə polis əməkdaşının deputatın Nabranda əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib.

DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib.

Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edib.

Bildirilir ki, həmin restoran deputatın qohumunundur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru