Azərbaycan polipropilen ixracından qazancını 43 %-dən çox artırıb

17-08-2021, 00:07           
Azərbaycan polipropilen ixracından qazancını 43 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,5 min ton ilkin formalarda polipropilen ixrac edib.

Cebhe.info xəbər verir ki, bu həcmdə polipropilenin dəyəri 66,9 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 14,1 % az və 43,3 % çoxdur.

Ötən 7 ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,94 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,59 % olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.