"PENÇŞİR ASLANI"NIN OĞLU TALİBANA SAVAŞ AÇDI: 32 yaşlı "kiçik aslan" Sovet ordusunun bata bilmədiyi atasının yolunu davam etdirə biləcəkmi? - VİDEOLAR

17-08-2021, 07:37           
"PENÇŞİR ASLANI"NIN OĞLU TALİBANA SAVAŞ AÇDI:
Sovet İttifaqının əfqanıstandan çıxamasından sonra sözügeədn ölkənin müdafiə naziri olmuş məşhur səhra komandiri, etnik tacik Əhməd şah Məsudun oğlu Əhməd Məsud (atasının adınını daşıyır) doğulduğu Pəncşir vilayətinə gələrək, Talibana meydan oxuyub.

Mia.az xəbər verir ki, 32 yaşlı Əhməd Məsud Talibana boyun əyməyən hər kəsi onlara qoşulmağa çağırıb.

Xatırladaq ki, taciklərin yaşadığı Pəncşir hazırda ölkədə Talibanın nəzarətində olmayan yeganə vilayətdir.

Onu da qeyd edək ki, oğul Məsudun atası Əhməd Şah Məsud "Pençşir Aslan"ı ləqəbi almışdı. Uzun illər sovetlər qarşı savaşmışdı. Hətta Sovet ordusu məhz onun müqaviməti üzündən Əfqanıstanda yeganə Pəncşirə girə bilməmişdi.

Məlumatlara görə, oğul Məsud da atası Əhməd Şah Məsudaa çox oxşayır. O, saqqal saxlasyır və başına “pakol” adlanan yun papaq qoyur. O, uzun illərr İngiltərə yaşayıb.

İngilis dilini mükəmməl bilən Əhməd Şah Məsudun yeganə övladı 2 il əvvəl Əfqanıstandakı qarışıq siyasətə girərək, atasının məqsədini davam etdirmək istəyib: “Taliban” əleyhinə geniş bir koalisiya qurmaq və lazım gələrsə, “Taliban”a qarşı açıq savaşa girəcəklərini dəfələrlə bəyan edib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ata Məsud 48 yaşında - 11 sentyabr 2011-ci ildə ABŞ-dakı məlum terror hücumlarından iki gün əvvəl özlərini jurnalist kimi tanıdan “Əl-Qaidə” şəbəkəsinə bağlı 2 terrorçunun intihar hücumu nəticəsində öldürülüb.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.