Qeyri-adi görünüşlü asteroidin ən yaxşı görüntüsü əldə edilib - FOTO/VİDEO

11-09-2021, 08:28           
Qeyri-adi görünüşlü asteroidin ən yaxşı görüntüsü əldə edilib - FOTO/VİDEO
Astronomlar “Kleopatra” adlı, qəribə, sümük formalı asteroidin ən yaxşı görüntülərini əldə ediblər. Məlum olub ki, səma cismi əvvəlcədən düşünüldüyündən daha böyük imiş.

Günəş ətrafında, Mars və Yupiter arasında dövr edən asteroidinin uzunluğu 168 mil (təqribən 270,37km), eni 58 mil (93,342 km) hesablanıb (Əvvəlki hesablamaların onun uzunluğu 134 mil (215,652) və eni 58 mil (93,342) düşünülürdü).

Qeyd edək ki, kosmik cismin qəribə forması var: o, sümüyə bənzəyir.


Asteroid ilk dəfə 1880 -ci ildə avstriyalı astronom İohann Palis tərəfindən kəşf edilib.

Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopundan alınan yeni görüntülərdə qəribə asteroidin fərqli bucaqları əks olunub.



2017-2019-cu illərdə çəkilən fotolar Kaliforniyanın Mountain View şəhərindəki SETI İnstitutunun rəhbərlik etdiyi beynəlxalq qrup tərəfindən tədqiq olunub.oxu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru