İnflyasiya barədə söz-söhbət qızılın qiymətini qaldırdı

14-09-2021, 00:16           
İnflyasiya barədə söz-söhbət qızılın qiymətini qaldırdı
Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin 5.3%-5.4%-dək azalacağını düşünürlər.

Bazar ertəsi, sentyabrın 13-də qızılın qiyməti qalxmağa başlayıb. Treyderlər çərşənbə axşamı ABŞ-da inflyasiya barədə məlumatların peyda olacağı vaxtı səbirsizliklə gözləyirlər. Çünki bu, Federal Ehtiyat Sisteminin (FED) sonrakı siyasət istiqamətini təyin etməyə imkan verər.

Sputnik Azərbaycan xarici mediaya istinadən bildirir ki, alqı-satqı nəticələrinə əsasən, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçersi bir unsiya üçün 0.21% və ya 3.75 dollar artaraq 1795,85 dollar təşkil edib. Gümüşün dekabr fyuçersi isə 0.2% ucuzlaşaraq bir unsiya üçün 23.852 dollara düşüb.

Çərşənbə axşamı ABŞ-ın Əmək Nazirliyi ölkədə avqust ayınadək inflyasiya məlumatlarını açıqlayacaq. Analitiklər inflyasiyanın iyuldakı göstəricilərinin 5.3%-5.4%-dək azalacağını düşünürlər. Bir ay əvvəlki qiymətlərlə müqayisədə (0.5%) avqustda istehlak qiymətlərinin 0.4% artacağı proqnozlaşdırılır.

İnflyasiya üzrə məlumatlar FED-in sonrakı addımları barədə investorlar üçün siqnal rolunu oynayır: neqativ statistika FED-in stimullaşdırma tədbirlərinin ixtisarlarının gecikdirilməsi qənaətini gücləndirə bilər. Makrostatistika isə qızılın həssas olduğu dolların məzənnəsinə təsir edə bilər.

Qızılın qiyməti həmçinin ötən həftəki 2.3%-lik azalmadan sonra müəyyən korreksiya dinamikası ilə də dəstəklənir: bu, dolların möhkəmlənməsi ilə bağlıdır. Daha bahalı dollar qızılın digər valyutada alışını müəyyən qədər çətinləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru