Dünyanın ən böyük neft şirkətlərinin gəlirləri təxminən 50 faiz artıb

14-09-2021, 08:14           
Dünyanın ən böyük neft şirkətlərinin gəlirləri təxminən 50 faiz artıb
2021-ci ilin yanvar-iyun aylarında dünyanın ən böyük 10 neft şirkətinin gəlirləri 825 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45,8% çoxdur.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Bunlar “bp”, “Chevron”, “Eni”, “Equinor”, “ExxonMobil”, “Lukoil”, “Rosneft”, “Royal Dutch Shell”, “Saudi Aramco” və “TotalEnergies” şirkətləridir.

Hesabat dövründə ən çox gəliri Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” əldə edib - 66,8%. Daha sonra Chevron (54,7%), Equinor (54,2%), Lukoil (53,8%) və Shell (29,4%) şirkətləri qərarlaşıb. Halbuki keçən ilin ilk yarısında yalnız Saudi Aramco şirkəti vəsait əldə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru