Artıq hamilə qadınlara vaksin vurulur: Bəs kimlərə qadağa var? - Səhiyyə Nazirliyinin mütəxəssisi

18-09-2021, 00:00           
Artıq hamilə qadınlara vaksin vurulur: Bəs kimlərə qadağa var? - Səhiyyə Nazirliyinin mütəxəssisi
Vaksinin kimlərə vurulması məsələsində hələ də bəzi fikir ayrılıqları mövcuddur.

Hamilə qadınlara, allergiyalı şəxslərə, xroniki böyrək və s. xəstəliklərindən əziyyət çəkənlərə vaksinin vurulması məsləhət görülmür. Amma hər gün vaksinin tətbiqi məsələlərində yeniliklərə rast gəlinir. Hansı şəxslərə vaksinin vurulmaması mövzusu yenə də gündəmdədir.

Bu barədə Cebhe.info-ya Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov danışıb. Həkim dünya ölkələrində hamilə qadınlara artıq vaksin vurulduğunu açıqlayıb:

"Hamilə qadınlara vaksin vurulması haqqında hansısa tələb yoxdur, amma bir çox dünya ölkələri var ki, orada artıq hamilələrə vaksin vurmağa başlayıblar. Bura Amerika, Almaniya kimi ölkələr daxildir".

Uroloq uzun müddət dializ alan, xroniki böyrək xəstələrinə vaksin vurulmasının məsləhət olmadığı deyib: "Çünki elə şəxslərin həm immuniteti çox zəif olur, həm də qəbul etdikləri dərman preparatları risklidir. Həmçinin ağır onkoloji xəstələrə uroloji olaraq vaksin məsləhət deyil. Peyvəndin riski insan orqanizmindən asılıdır. Xüsusi olaraq virusa qarşı həssaslığı olan insanlar var".

Araz İbrahimov deyib ki, həssas şəxslərdə vaksinə qarşı ümumi allergik reaksiyalar ola bilər:

"Bu zaman onlar yoluxmanı yüngül, orta, ağır formada keçirə bilirlər. Allergik reaksiyalar isə həm sürətli, həm də ləng gedə bilər".

Uroloq bildirib ki, vaksinin böyrəyə ziyanı ümumi şəkildə olur. Amma vaksini vurdurandan sonra böyrəyə ziyanı olmasına dair təqdiqlənmiş fakt yoxdur. Həkim həmçinin əlavə edib ki, dializ xəstəsi koronavirusa yoluxarsa, onu xüsusi reanimasiya şəraitində korpuslara yatırtmaq və ciddi şəkildə müalicəsini təşkil etmək mümkündur. Bunun üçun elə pandemiya xəstəxanaları- içərisində dializ xəstələri üçün nəzərdə tutulmuş şərait var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.