Fesenko: Bu baza güclənir, müqavimət göstərməliyik!

20-09-2021, 09:39           
Fesenko: Bu baza güclənir, müqavimət göstərməliyik!
Ukraynanın hərbi dəniz qüvvələrinin Krımla həmsərhəd Herson bölgəsində təlimlər keçməsi ölkənin Rusiya ilə qarşıdurmada qabiliyyətinin əsl nümayişidir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın "Penta" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Fesenko deyib.

"Rusiya Kerç boğazının sularını, Qara dənizin bir hissəsi olan Azov dənizini nəzarətdə saxlayır, həmçinin Krım və Ukrayna arasındakı sərhədə yaxın ordu toplayır. Və bu hərbi baza ildən-ilə güclənir. Buna müqavimət göstərmək lazımdır", - deyə Fesenko qeyd edib.

Rusiya Hərbi Hava Qüvvələrinin general-mayoru, təqaüdçü Aleksandr Roqov isə təlimi hərbi baxımdan tam təhqir adlandırıb.

"Müasir Ukrayna aviasiyası əslində Rusiyaya qarşı çıxa bilməz. Çox kobud desək, onlarda əksər vaxt sadəcə metal qırıntıları olur. 10-cu briqada ümumiyyətlə hazırda yeganə briqadadır. Həm də bir çox köhnəlmiş vertolyot və hər zaman təmirdə olan tək AN-26-dan başqa orada xidmətdə olan daha üç AN-2 gəmisi var. Təlimlərin hərbi mənası yoxdur. Bu, seçicilər və Kiyevin Qərb kuratorları üçün səs-küydür",- deyə Roqov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru