Son 10 ildə gübrə qiymətlərinin rekord həcmdə artması qida məhsullarının bahalaşmasına gətirib çıxarıb.
Axar.az xəbər verir ki, xüsusilə kalium, fosfor və azot gübrəsinin dəyərinin son 10 ildə ən yüksək həddə çatdığı bildirilib. Bunun isə öz növbəsində qlobal qida inflyasiyasına şərait yaradıb.
Qiymətlər ən çox qarğıdalıya təsir edib. Bu da öz növbəsində yemin, yekunda isə ətin qiymətinin artmasına gətirib çıxarıb. Üstəlik şirə və qazlı içkilərin əsas tərkibi qarğıdalı olduğu üçün onların da qiymətinin bahalaşa biləcəyi vurğulanıb.