“Mavi”lərin haqlarını müdafiə edən Azərbaycan(?) jurnalisti ermənilərin də dəyirmanına su tökdü...

23-09-2021, 11:37           
“Mavi”lərin haqlarını müdafiə edən Azərbaycan(?) jurnalisti ermənilərin də dəyirmanına su tökdü...
Beynəlxalq “JAMnews” nəşrinin Azərbaycan bölməsinin müxbiri Bəşir Kitaçayev adlı birisinin “Facebook” səhifəsində dünən paylaşdığı yazı terrorçu və işğalçı xislətli ermənilərə ləzzət edib.

Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Bəşir Kitaçayev ad-soyadlı Azərbaycanın çörəyi-suyu ilə böyüyən bu məxluq Vətənində ermənilərə nifrət aşılanmasından, “on illərlə uşaqların, gənclərin beyinlərinin “yuyulması”ndan” şikayətlənir. Üstəlik, Azərbaycan xalqının İrəvanı, Zəngəzuru, Basarkeçəri və s. öz tarixi torpaqları adlandırmasını Ermənistana ərazi iddiası kimi təqdim edir.

Düzdü, qəlbində insanlıq duyğusu olan hər kəs bir xalqın digər xalqa qarşı davamlı olaraq əsrlərlə nifrətlə yaşamasını qəbul etmir. Və bizlər də anlayırıq ki, xüsusən torpaqlarımızın böyük hissəsinin işğaldan azad edildiyi indiki dövrdə Azərbaycanda ermənilərə və əksinə Ermənistanda bizlərə qarşı hədsiz nifrət aşılanması Qarabağ məsələsinin uzanmasına çalışan qüvvələrə, o cümlədən Rusiyaya, Fransaya və s. sərf edir. Ancaq əgər məsələyə qlobal insanlıq baxımından yanaşırıqsa, nifrət aşılanmasının hər iki tərəfdə durdurulmasından danışmaq gərəkdir. İllah da o haldakı əsrlərdir heç bir səbəb olmadan, onlara qarşı bütün yaxşılıqlara, qayğıya rəğmən Azərbaycana, Türkiyəyə, türklərə qarşı nifrət aşılayan və belə baxışlarla bizlərə qarşı terrorçuluq, işğalçılıq, soyqırımlar törədən məhz ermənilər olub. Guya ki, bu B. Kitaçayevin bu tarixdən xəbəri yoxdur? Belə məxluqlar çox şeydən məlumatlıdır. Sadəcə, maliyyələşdirildikləri “hunanist beynəlxalq” qurumların sifarişlərinə uyğun davranır və yazırlar.

“JAMnews” nəşri guya “Qafqazın müxtəlif regionlarından peşəkar(!) jurnalistləri birləşdirən unukal media-platforma”dır. Bu nəşr Konfiliktlərin Qarşısının Alınması Sülh və Təhlükəsizliyə Dəstək Beynəlxalq fondunun (The UK Conflict, Stability and Security Fund) dəstək və maliyysi ilə yaranıb. Həmçinin Avropa İttifaqı tərəfindən də dəstəklənir və maliyyələşdirilir...

Eyni zamanda araşdırmamızdan o da bəlli oldu ki, bir müddət öncə Azərbaycanda cinsi azlıqların, yəni “mavilər”in haqlarını müdafiə məqsədilə verilmiş bəyanata imza atan 204 azərbaycanlı(?) məxluqdan biri də məhz bu Bəşir Kitaçayev olub...

Bir sözlə, belə məxluqata çox da vaxt xərcləməyə dəyməz. Ümid edirik ki, Azərbaycan ictimaiyyəti Vətənimizin, xalqımızın, dövlətimizin mənafeyinə qarşı bu cür çıxışların müəlliflərinə öz yerini göstərəcək...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.