Qarabağdakı qızıl yataqları kimin əlindədir? - “AzerGold”: “Bizdə deyil...”

23-09-2021, 17:45           
Qarabağdakı qızıl yataqları kimin əlindədir? -
İşğaldan azad olunan ərazilərdəki qızıl yuataqlarındakı, əsasən də Vejnəli ilə bağlı vəziyyət nə yerdərir? Qarabağdakı qızıl yataqları “AzerGold” QSC-nin fəaliyyət istiqamətlərindəndir və oradakı yataqlardan hansındasa iş başlayıbmı?

“Sözügüedən yataqlar “AzerGold”un balansında deyil” deyən QSC-nin mətbuat katibi Ariz Tarverdiyev Bizim.Media-ya özəl açıqlamasında bildirdi ki, “hələlik Qarabağda hər hansı layihəyə başlamamışıq”.

Xatırladaq ki, Kəlbəcər rayonu ərazisində yerləşən Zod, keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq və Zəngilan rayonundakı Vejnəli qızıl yataqları işğal dövründə hər il ermənilərə on milyonlarla dollar qanunsuz qazanc gətirirdi.

Həmin qızıl yataqlarının istismarı ilə bağlı sertifikat isə hələ 1997-ci ildə Azərbaycan hökuməti tərəfindən “Anglo-Asian Mining” şirkətinə verilib. Adı çəkilən şirkət 2020-ci il oktyabrın 27-də belə bir açıqlam yayıb:

“Təhlükəsizlik təmin olunan kimi şirkət dərhal işə başlayacaq”.

Daha əvvəl də yerli KİV-də gedən məlumata görə, Vejnəli və Zod yataqları ilə yanaşı, sülhməramlı kontingentin nəzarəti altında qalan Qızılbulaq yatağının istismarı barədə lisenziya da “Anglo-Asian Mining” şirkətinindədir.

2020-ci ilə qədər Qızılbulaq və Dəmirli qızıl yataqları “Base Metals” şirkəti tərəfindən istismar olunurdu.

Şirkət təkcə 2019-cu ildə Qarabağdakı qondarma rejimə 38,5 milyon dollar vergi ödəyib. Separatçı rejimin ixracının 60%-i, ümumi gəlirlərinin 32%-i məhz bu şirkət tərəfindən təmin olunurdu.

“Base Metals” “Vallex Group” holdinqinin tərkib hissəsidir. Bu holdinq 2017-ci ildə Basarkeçər-Ağdərə yolunun tikintisini maliyyələşdirib. “Vallex Group”dan “Eurasianet” saytına verilən açıqlamada bir-birindən 15 kilometr uzaqlıqda yerləşən Qızılbulaq və Dəmirli yataqlarının Qarabağ döyüşlərindən sonra istismarının dayandırıldığını açıqlayıb.

Ermənilər yataqların sülhməramlı missiyanın nəzarət etdiyi hissədə qaldığını açıqlasa da, həmin mədənlərin istismarı üçün vacib olan nasos stansiyalarının Azərbaycan Ordusunun nəzarətinə keçdiyini vurğulayıblar. Yeni nasos stansiyalarının inşasının isə uzun illər və böyük maliyyə vəsaiti tələb olunur.

Azərbaycan Baş Prokurorluğu “Vallex” və “Base Metals” şirkətlərinin 2009-2017-ci illərdə Qızılbulaq yatağını amansız istismarı nəticəsində 178 milyon dollar qazandığını sübuta yetirib.

“Base Metals”ın sahibi Rusiya vətəndaşı Valeri Meclumyandır.

“Anglo-Asian Mining” şirkətinin 21 yanvarda yaydığı açıqlamada isə yataqların Azərbaycana qaytarıldığı, lakin rusiyalı sülhməramlıların yerləşdiyi ərazidə olduğunu açıqlayıb. Şirkət yatağın yenidən istismar olunması imkanının “Dağlıq Qarabağın yekun statusunun həllindən” asılı olacağını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.