Sabuncuda "qazi" adı altında kimlər nə iş görür - Araşdırma
26-09-2021, 16:36
Teref.az olaraq bir müddətdir "psevdo qazi" adı altında Azərbaycanın rayonlarından gəlib Bakıda qanunsuz ev tikmək istəyənlərə "krışalıq" etmək istəyən bir qrup barədə yazmışdıq.
Hərdən hətta asand yolla pul qazanmaq istəyən bizim qazilərdəndə onlara qoşulanlar olur. Sxem sadədir, hansısa rayondan gəlib qanunsuz zəbt etdiyi torpaqda qanunsuz ev tikdirmək istəyən şəxs bu qrupa müraciət edir və onlar 5-10 nəfərlik qrupla tikinti gedən yerdə növbə çəkir və qanunsuz tikinti yerinə gələn polis və ya icra nümayəndələrinin qarşısına çıxan "qazi"-lər qrupu hər cür yollarla qanunun həyata keçirilməsinə mane olurlar. Bunun müqabilində tikinti sahibindən 3-5000 manat pul alırlar.
Bütün bu sxemlər işləməyəndə mediaya müraciət olunur. Belə hadisələrdən biri bu günlərdə Sabunçu rayonunda baş verib və media bunu işıqlandırıb. Teref.az olaraq sosial şəbəkə səhifələrində bir sıra vətən müharibəsi iştirakçılarının Sabunçu rayon icra hakimiyyətində qəbul olunmadığı barədə müraciətləri araşdırıldı.
Qeyd etmək istəyirik ki, Sabunçu rayonunda vətən müharibəsində şəhid ailələri, yaralılar (qazilər) ,vətən müharibəsi iştirakçıları rayon icra hakimiyyəti başçısının və rayonun müvafiq qurumları tərəfindən onların istəyinə uyğun və heç bir məhdudiyyət qoyulmadan qəbul olunurlar və onlara mümkün olan bütün köməklilər göstərilir. Yəni sırf Sabunçu rayonunda qeydiyyatda olan vətən müharibəsində şəhid ailələri, yaralılar (qazilər) ,vətən müharibəsi iştirakçılarından söz gedir.
Lakin bu yaxınlarda bir qrup qanunsuz zəbt etdikləri torpaqda ev tikdirmək istəyərkən onlara icra hakimiyyəti mane olub. Sonra məsələ ilə əlaqədar onları icra hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Əlizadə Fəqan İsa oğlu tərəfindən qəbul ediliblər. Qeyd:Əlizadə Fəqan İsa oğlu özüdə qazi-dir və qeyidyyatda olan vətən müharibəsində şəhid ailələri, yaralılar (qazilər) ,vətən müharibəsi iştirakçılarının problemlərini həll edir. Özlərini qazi kimi tıqdim edən bu adamlara qanunvericiliyin tələbləri və onların öz qeydiyyatda olduqları ərazidə qanuna uyğun olaraq hansısa tikinti işləri apara biləcəkləri başa salınıb. Hətta onların tikinti zamanı xərclədikləri pulları belə icra hakimiyyəti tərəfindən ödəniib və bu haqda onlardan arayış belə alınıb.
Bundan sonra daha bir qrup isə Ağsu rayonunda daimi pasport qeydiyyatında olan Əhmədzadə İsmayıl Cümşüd oğlu tərəfindən ortaya atılıb.
Deməli Ağsu rayonunda daimi pasport qeydiyyatında olan Əhmədzadə İsmayıl Cümşüd oğlu Zabrat qəsəbəsində qanunsuz zəbt etdiyi torpaq sahəsində tikinti işlərini aparmaq istərkən qəsəbə üzrə İcra nümayəndəliyinin əməkdaşları tərəfindən tikintisi qanunsuz olduğu üçün işləri dayandırılmışdır.
Bununla əlaqədar 25.09.2021-ci il tarixdə vətəndaş İ.C.Əhmədzadə özü ilə dəstək məqsədi ilə gətirdiyi və respublikamızın müxtəlif bölgələrində daimi pasport qeydiyyatında olan digər şəxslərlə rayon icra hakimiyyətinə gəlmişdir. Məsələ ilə əlaqədar onlarıda icra hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Əlizadə Fəqan İsa oğlu tərəfindən qəbul edilmişdirlər. O da mütləq Bakının Zabrat qəsəbəsində qanunsuz zəbt etdiyi torpaqda ev tikəcəyini təkidlə deyir.
Onu qəbul edən Fəqan müəllim vətəndaş Əhmədzadə İsmayıl Cümşüd oğluna mənzil şəraitinin yaxşılaşıdırılması ilə əlaqədar tələb olunan sənədləri toplayaraq daimi pasport qeydiyyatında olduğu Rayon İcra hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülmə qaydaları barədə ətraflı məlumatlar verilmişdir. Başa salıb ki, Ağsuda qeydiyyatda olduğu üçün oranın icra hakimiyyətinə müraciət etməlidir. Sabuncu rayonun özünün ərazisindəqeydiyyatda müəyyən qədər qazi ailəsi var və rayon onların problemləri ilə məşğuldur. Hər bir rayon öz ərazisində qeydiyyatda olan bu meyarlara cavab verən ailələrin problemlərini həll edir.
Və "qazi" qrupu ilə işini aşırda bilməyən İ.C.Əhmədzadə qanunsuz evi tikəcəyini bildirərək məqsdinə çatmaq üçün mətbuat orqanlarına müraciət etməklə hədələyib.
Fəqan müəllim bizi əmin etdi ki, rayon ərazisində qeydiyatda olan bütün vətən müharibəsində şəhid ailələri, yaralılar (qazilər) ,vətən müharibəsi iştirakçıları istəklərinə uyğun olaraq icra hakimiyyətində qəbul edilirlər və onların bütün ehtiyacları nəzərə alınır!
Teref.az