Alimlər Covid-19-un respirator xəstəlik olmadığını sübut etdi – O, damar xəstəliyidir

28-09-2021, 00:04           
Alimlər Covid-19-un respirator xəstəlik olmadığını sübut etdi –
Amerikalı alimlər, koronavirusun qrip kimi respirator, yəni soyuqdəymə tipli xəstəliklər qrupuna aid olmadığını elan ediblər.

Teref.az xəbər verir ki, San- Diyeqo universitetinin alimləri Covid -19-un adi respirator virus xəstəliyi olmadığını açıqlayıb.

Journal Circulation Research dərc olunan elmi məqalədə sübut olunub ki, yeni koronavirus hamının düşündüyü kimi qripə bənzər yox, damarlara bağlı xəstəlikdir.
Tədqiqatçılar araşdırıb ki, bu xəstəlikdə olan öskürək və ağciyər problemi heç də Covid 19-un respirator xəstəlik olduğunu göstərmir. Ağciyərlərdə buzlu şüşə, öskürək və boğulma qanda qatılaşma və pıxtaların yaranması səbəbindən olur.

Bu, koronavirusun S zülalının ACE-2 reseptorlarına təsiri ilə əlaqədardır. Bu zaman damar endotelləri zədələnir, qopur və arteriyaların, venaların içində qan laxtaları çoxalır. /Medicina.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru