Agentlik deputatın iddialarına belə CAVAB VERDİ

15-10-2021, 17:49           
Agentlik deputatın iddialarına belə CAVAB VERDİ
Agentlik deputatın iddialarına CAVAB VERDİ

"Milli Məclisin deputatı Rüfət Quliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciəti ilə bağlı nəzərinizə çatdırırıq ki, Agentliyin rəhbərliyinin tapşırığına əsasən şəxsin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlanılıb".

Lent.az məlumat verir ki, bu barədə Agentlik məlumat yayıb. Məlumatda bildirilib ki, xəstə mərkəzdə 08-12.09.2021-ci il tarixləri ərzində müalicə alıb.

"Şəxsin diaqnozu “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlana bilməz. Bildirək ki, vətəndaşın diaqnozu icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Bu səbəbdən vətəndaşın müalicəsi öz vəsaiti hesabına həyata keçirilib.

Vətəndaş daha sonra vəziyyəti ilə bağlı Bakı Sağlamlıq Mərkəzində kompüter tomoqrafiyası (KT) olunub. Nəticədə vətəndaşda koronavirus infeksiyası nəticəsində yaranan “Ağciyər pnevmoniyası” aşkarlanıb".

Qeyd edilib ki, vətəndaş koronavirus infeksiyası ilə bağlı müalicəsi məqsədilə Yeni Klinikaya yerləşdirilib. 13-28 sentyabr tarixlərində Yeni Klinikada dövlət büdcəsinin vəsaiti hesabına müalicə olunub:

"Milli Məclisin deputatı Rüfət Quliyevin vətəndaşın icbari tibbi sığorta çərçivəsində müalicəsi ilə bağlı məktubu isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 oktyabr 2021-ci il tarixində daxil olub".шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.