Zorlamada, vergidən yayınmaqda ittiham olunan iş adamı bütün maddələr üzrə bəraət alıb

21-10-2021, 16:07           
 Zorlamada, vergidən yayınmaqda ittiham olunan iş adamı bütün maddələr üzrə bəraət alıb
Zorlamada, vergidən yayınmaqda ittiham olunan, məşhur karqo şirkətləri “Dəniz” və "Mayak"ın sahibi Saleh Ağayev barəsində məhkəmə yekun qərar verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittihama əsasən, S.Ağayev 2014-2018-ci illərdə "Mayak" və "Dəniz" karqo şirkətlərinin rəhbəri kimi Çin və Türkiyədən Azərbaycana yüklərin daşınması zamanı işçiləri qanunsuz olaraq çalışdırıb. Nəzarətçi, xəzinədar, sürücü, xadimə, satıcı, fəhlə və s. kimi ümumilikdə 18 nəfəri qeyri-qanuni olaraq işlədib, onlara rəsmiləşdirmə aparmadan hər ay qanunsuz olaraq maaş verib. Bu müddətdə 82 155 manat pulu dövlət büdcəsinə ödəməkdən yayınıb.

Lakin məhkəmə istintaqı zamanı ittihamda nəzərdə tutulan zorlama hadisəsi müəyyən edilməyib.

Vergilərlə bağlı hissədə isə zərərçəkmişlərin məhkəmədə verdikləri ifadələrini təsdiq edən sübutlar müəyyən olunmayıb. Həmin şəxslərdən 11 nəfərinin S.Ağayevlə qohum olduqları, həmin şəxslərin başqa müəssisələrin işçiləri olduğu müəyyənləşib.

Təqsirli bilindiyi maddələr üzrə S.Ağayev barəsindəki heç bir ittiham sübuta yetirilmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib və cinayət işinin icraatına xitam verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də hökmü dəyişdirmədən saxlayıb.

Bundan sonra tərəflər kassasiya şikayəti verərək sübutların yetərincə araşdırılmadığını iddia ediblər. Məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırıb, apellyasiya instansiyası birinci instansiyanın bəraət hökmünü qüvvədə saxlamaqda haqlı olub. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, bir müddət öncə yerli KİV-də Saleh Ağayevlə bağlı qətl sifarişçisi olduğuna dair iddialar da yayılmışdı. Belə ki, onun sabiq MTN əməkdaşı Fariz Vahabovun qətlini sifariş etdiyi yazılırdı. İddiaya görə, S.Ağayevin F.Vahabovla yaxın əlaqələri var imiş və həmin əlaqələrə söykənən mübahisəyə görə onun qətlini sifariş edibmiş.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.