Antibiotiklərin zərərli olduğu vaxtlar açıqlandı

26-10-2021, 07:58           
Antibiotiklərin zərərli olduğu vaxtlar açıqlandı
Öskürək, viruslu bronxit və haymorit zamanı antibiotiklər əks göstərişdir.

Bu dərmanlar nəzarətsiz alındıqda təsir göstərmir.

Bu barədə məşhur rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

“Boğazınız ağrıyır – sizə antibiotik olmaz, bronxitsiniz - antibiotiklərə ehtiyacınız yoxdur. Sadəcə gözləyin, öskürək əleyhinə dərmanlar qəbul edin. Baxın, bəlkə də infeksion (bronxit) deyil, çünki əksər hallarda infeksion olmur”, - deyə Myasnikov bildirib.

Həkim antibiotiklərin haymorit zamanı da əks göstəriş olduğunu vurğuladı.

“Streptokok angina zamanı temperaturunuz 40 dərəcədən yuxarı olarsa ürək xəstəliklərinin profilaktikası üçün, cinsi infeksiyalar zamanı, yaxud sizdə sətəlcəm olub (və ya var) və siz evdə müalicə alırsınızsa, xəstəxanadan kənarda antibiotik qəbul edə bilərsiniz”, - deyə həkim bildirib.

Myasnikov antibiotiklərin bronxitin ilkin müalicəsi üçün uyğun olmadığını vurğulayıb.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru