Okeanın dibində 22 milyon yaşlı köpəkbalığı dişi tapıldı – FOTO/VİDEO

26-10-2021, 09:00           
Okeanın dibində 22 milyon yaşlı köpəkbalığı dişi tapıldı – FOTO/VİDEO
ABŞ-ın Florida ştatının sakini okeanın dibindən 22 milyon yaşlı qədim megalodonun (köpəkbalığı) 15 santimetrlik dişini tapıb.

Fosil ovçuluğu üzrə ixtisaslaşmış səyahət şirkətinin sahibi, dalğıc Maykl Nastasio tapıntını Venesiya sahillərində aşkar edib. O, bunun indiyə qədər tapdığı ən böyük megalodon dişi olduğunu və özündə saxlamaq istədiyini deyib.

“Çox xoşbəxtəm. 11 ilə yaxındır ki, fosilləri axtarıram, bu sahədə ixtisaslaşmış şirkətim var. Minlərlə megalodon dişi və digər fosillər tapmışam. Dəfələrlə müştərilərlə suya dalmışam və hər dəfə bir fosil tapdıqda, onların sevinc qışqırıqlaqrını eşidirəm”, - deyə o bildirib.

Megalodon - təxminən üç milyon il əvvəl nəsli kəsilmiş köpəkbalığı növüdür. Müasir böyük ağ köpəkbalığının qohumlarıdır. Uzunluğu 18 metrə çatan bu canlılar Yer üzündə yaşayan ən böyük yırtıcılardan biri hesab olunur. Onların skeleti heç vaxt tam olaraq tapılmadığı üçün uzunluqları barədə məlumatlar dişlərin ölçüsünə əsaslanır.




Mənbə: “Fox 28”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru