Sarkis Tsaturyan - "Böyük Tiqran fars idi" - VİDEO
20-11-2021, 07:17
"Böyük Tiqran fars idi." Bunu “Realist” İA-nin baş redaktoru Sarkis Tsaturyan “Civilnet” YouTube kanalında yayımlanan verilişin efirində deyib.
Aparıcı Stella Meqrabekyanla söhbətində o, erməni sivilizasiyasının inkişaf dövründə yalnız İranla yaxşı, müsbət və mehriban münasibətləri olanda çiçəkləndiyini vurğulayıb.
“Mən məsələn, Ermənistanın vəftiz edilməsini, milliyyətcə fars olan Böyük Tiqranın imperiya qurmasını nəzərdə tuturam. Yəni bizim sivilizasiya yalnız bu dövrdə çiçəklənib. Təəssüf ki, biz İranla bəzi strateji əlaqələrimizdən əl çəkən kimi çox şey xalqımız üçün əlverişli olmayan istiqamətdə dəyişməyə başlayıb”, - S.Tsaturyan qeyd edib.
Tiqranın qədim İran dininə - zərdüştiliyə etiqad etdiyi də məlumdur.
“Böyük Ermənistan”ın “erməni kralı” bu insan olub.