"Qaza hava vurulur, amma..." - "Azəriqaz" İB-nin baş direktoru

20-11-2021, 07:50           
"Qaza hava vurulur, amma..." -
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib ki, bəzən abunəçilər mənzillərində olan qaz cihazlarını açarkən oradan ilk olaraq hava gəlir.
"Azəriqaz" İstehsalat Birliyi qaza hava vurulması iddialarına cavab verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, hava ancaq boruda qaz olmadıqda vurulur: "Bəzən iddia olunur ki, qaz borularına hava vurulur. Bu, yanlışdır".
Onun sözlərinə görə, borulara hava vurulması yalnız qaz olmadığı halda baş verir: "Qaz olan boruya hava vurulması çox təhlükəlidir və böyük partlayışa səbəb ola bilər. Borulara hava o zaman vurulur ki, orada hidrant olur. Bu zaman borulardan qaz tamamilə çıxarılır, daha sonra ora hava vurulur".
"Azəriqaz" rəhbəri abunəçilərin qaz cihazlarında hava olması ilə bağlı iddialarına da aydınlıq gətirib: "Bəzən abunəçilər mənzillərində olan qaz cihazlarını açarkən oradan ilk olaraq hava gəlir. Bu hava sayğacla həmin cihazların arasında olan xətdəki havadır. Onu isə bizim çıxarmaq imkanımız yoxdur. Abunəçi özü çıxarmalıdır. Onu da əlavə edim ki, bu, hava sayğac göstəricisinə təsir etmir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru