Əvvələr ABŞ və Britaniya, indi isə Çin dünyanın istənilən nöqtəsində hakimiyyəti yıxmaq gücündədir.
24-11-2021, 09:57
Əvvələr ABŞ və Britaniya, indi isə Çin dünyanın istənilən nöqtəsində hakimiyyəti yıxmaq gücündədir.
I Dünya savaşından sonra Britaniya Qacariyəni yarımmüstəmləkəsinə çevirdi. Şah sarayından ölkəni idarə etmə səlahiyyətində olsa da, neft və bəzi münbit torpaqları tam ingilislər tərəfindən istifadə edilirdi.
Dağılmış iqtisadiyyat ucbatından, xalqın ard-arda etiraz və üsyanlarını görən İran məclisi 1921-ci ildə Britaniya ilə olan bütün müqavilələrini ləğv etdi.
Altı ay sonra Britaniya köməyi ilə kazak briqadasının generalı Rza xanın dövlət çevrilişi baş tutur və Əhməd şah Qacar sürgünə göndərilir. İran nefti yenidən Britaniya əlinə keçdi. İngilislər düşünür ki, tam yemək düzgün deyil, gündə üsyan qalxır, dolanmaları üçün yeni müqavilədə neftin 16%-ni İrana çatdırır.
Yerini bərkidən yeni şah Rza Pəhləvi də Britaniyadan qurtulma xəyallarına düşür. Çıxış yolunu Almaniya ilə yaxınlıqda görür. Birdə ayılır ki, şimaldan Sovetlər, cənubdan Britaniya ordusu İrana girdi. Bu şah da sürgünə qovulub, yerinə oğlu Məhəmməd Rza gətirilir.
II-ci Dünya müharibəsindən sonra da ingilislərin İran siyasəti dəyişmir. Onlar neft gəlirlərini İranla ədalətli bölüşdürməkdən imtina edirlər. Yeni iqtisadi böhranla, ac xalqın İran hakimiyyətinə qarşı növbəti üsyanı qalxır. Bu dəfə xalq özü şahı sürgünə göndərir, hakimiyyətə Türk və Qacara qohum Məhəmməd Müsəddiqi gətirilir.
1951-ci ildə İranın baş naziri vəzifəsinə təyin olunan Məhəmməd Müsəddiq ölkəni Qərb asıllığından qurtarmaq və neft sənayesinin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlayır. İran neftini milliləşdirən qərar 20 mart 1951-ci ildə parlamentdə qəbul edildi. Ölkəyə yaxşı maliyə axır, xalq sevinir, Müsəddiq “Time” jurnalı tərəfindən ilin adamı seçilir, işlər düşdü yoluna.
Bura kimi yazdığım orduların istədiyi zaman sərhədləri pozduğu, dərəbəylik zamanıdır. Artıq BMT qurulub, İrana ordu girə bilmir. Bundan sonra yazacağım günümüzün dünyasında Qərbin istədiyi ölkədə çevriliş yollarıdır.
Böyük Britaniya İranı iqtisadi cəhətdən çətin vəziyyətdə qoymaq üçün beynəlxalq embarqo çağırışı edir, dünya razılaşmır, 1952-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Ədalət məhkəməsi İranın xeyrinə qərar qəbul edir və Müsəddiq üçüncü qələbəsini qazanır.
Britaniya donanmasına məxsus döyüş gəmiləri Bəsrə Körfəzinə girib güc göstərisi edir, cavab olaraq 1952-ci ilin noyabr ayında Müsəddiq Böyük Britaniya səfirliyinin bağlanması əmri verir.
Öz güvən qazanan Müsəddiq bir tərəfdən nefti milliləşdirirsə digər tərəfdən ölkədə baş verən iqtisadi problemləri həll etmək üçün müxtəlif işlərə imza atır. Məsələn, böyük sahiblərə əllərindəki torpaqların bir hissəsini torpaqsız kəndlilərə paylamaq göstərişini verir. Bu onu əvvəl Müsəddiqə dəstək verən bəzi varlı İslam alimləri və şahın hesabına varlanmış monopolist sahibkarlarla qarşı-qarşıya gətirir. Burdə səhv edib, tələsir.
Britaniya İranı geri ala bilmək məqsədi ilə ABŞ-ı tərəfinə çəkərək Müsəddiqi devirmək üçün planlara başlayır. Müsəddiqi babası Qacar kimi rahat devriləcək adam deyil, xalq onu çox sevir. İnqlab planı mükəmməl olmalıdır. Ölkədən qovulan fars şahı geri gətirmək məqsədi daşıyan plana “Ayaks” (Operation Ajax) adı verilir.
Yazdıqlarım açıq sənədlərdir, hər nöqtəsini araşdıra bilərsiz. Bunu da ABŞ özü açıb, yoxsa gizli qalacaqdı. Barak Obama 4 iyun 2009-cu il tarixində Misirdə etdiyi çıxış zamanı bu məlumatı rəsmən təsdiqləyib, ABŞ adına dünyadan üzr istəyir. Çünki Xomeynini hakimiyyətə gətirən bu əməliyat oldu.
Nə isə keçək "İdeal dövlət çevrilişi nümunəsi"nə.
İlk iş Britaniya və ABŞ əlindəki ehtiyyatı və Ərəb ölkələrinin köməyi ilə bazarı neftlə doldurub qiymətləri düşürmək olur. Əməliyyat ABŞ-ın eks-prezidenti Teodor Ruzveltin nəvəsi CIA agenti Kermit Ruzveltə tapşırılır. 1953-cü ildə "Ceyms Lockridge" pasportu ilə İrana gələn agent Kermit payladığı rüşvət qarşılığında din adamlarını, jurnalist və hərbçiləri ələ almağa başlayır.
Elə həmən ay qəzetlərdə Müsəddiqin SSRİ ilə əməkdaşlığından, cibində komsomol bileti gəzdirdiyindən yazılmağa başlanır. Mollalar məscidlərdə, guya, kommunist olan hökümətin İslam dininə qadağa qoyacağından, məscidlərin dağıdılacağından və İranın məcburən ateist ölkəyə çevriələcəyindən danışmağa başlayırlar. Hərbçilərə rüşvət verməyə gərək qalmır, torpağı əlindən alınıb kəndlilərə paylandığına görə küskün qalan general Fazil Zahidi çevriliş üçün hazırdır.
Plana görə ikinci dönəmdə Tehran cinayətkar qrupları ələ alınır. Onların işi Tehran küçələrində gecə vaxtı dükanlara hücum edib şüşələri qırmaq, kommunist və ateist şüarlar səsləndirmək, xalqı döyməklə özlərini Müsəddiq tərəfdarı göstərmək idi.
Paralel olaraq həmin ərəfələrdə İran pulu dəyərini 20 dəfədən çox itirdi. Artıq CİA arxivləri açılandan sonra məlum olacaq ki, pulun dəyərinin salınması üçün Londonda milyonlarla saxta İran pulu buraxılıb ölkəyə soxulumuşdur.
İran xalqı əsəbidir və höküməti cavab verməyə çağırır. Nə baş verdiyini anlamayan nazirlər səssiz qalır. Bu İranlıları daha da qızışdırdığından, küçələrə yüz minlər axışmağa başladı.
Sürgünə qaçan şah isə İtaliyada günəşlənir, azadlıq çox xoşuna gəlib. ABŞ Şah Pəhləviyə ölkənin başına keçməsi üçün hazırlıq görmə tapşırığı verəndə, mən belə daha xöşbəxtəm, deyib imtina edir. Daha sonra "Şah sən olmalısan" əmri, Britaniya kəşfiyyatı hədələri ilə sonunda razılığını alırlar.
Küyə qapılan xalq və satılmış hərbiçilərin məclisə hücumu ilə 19 avqust 1953-cü ildə Mussədiq təslim olur, vətənə xəyanətdə ittiham olunaraq həbs edilir.
Demokratik seçkilərlə hakimiyyətə gəlmiş və xalqın istəyi istiqamətində nefti milliləşdirən, reallaşdırmağa çalışdığı islahatlarla ölkədə demokratiya gətirən Müsəddiq 3 il həbsdə qaldıqdan sonra ev dustağına çevrilir və 5 mart 1967-ci ildə 84 yaşında vəfat edir.
Bütün bu sömürgə siyasətinin gətirdiyi iqtisadi böhranlar, Qərbin kontrolda saxlama cəhdləri İranı daha qəddar bir rejim olan Xomeyniçilərin qucağına atacaq.
Orxan Vəliyev
Teref.az