Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib

24-11-2021, 09:05           
Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib
“Vaksinlərin qlobal paylanmasında şok edici balanssızlıq qalmaqdadır. Ümumilikdə dünyada 7,3 milyard dozadan çox peyvənd istifadə olunub, lakin bunun təxminən 70%-i yalnız 10 ölkəyə gedib”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

O qeyd edib ki, hazırda dünya sakinlərinin demək olar ki, 40%-i tam peyvənd olunub, amma Afrikada bu rəqəm cəmi 6 faiz təşkil edir.

Onun sözlərinə görə, eyni bərabərsizlik koronavirus testlərinin əldə edilməsində də müşahidə olunur. Baş direktor ilin sonuna kimi bütün ölkələrdə əhalinin ən azı 40%-nin peyvənd olunmasına nail olmaq üçün ÜST-nin qarşıya qoyduğu vəzifəni xatırladıb. Onun sözlərinə görə, bunun üçün 11 milyard doza vaksin lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 256 966 237 nəfər koronavirusa yoluxub, müalicə alan 5 151 643 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru