Belə bir təəssürat yaranır ki, bu hadisə “Novıye armyane” komandasının müdaxiləsi olmadan baş verməyib - NƏ BAŞ VERİR?

21-01-2022, 19:42           
 Belə bir təəssürat yaranır ki, bu hadisə “Novıye armyane” komandasının müdaxiləsi olmadan baş verməyib - NƏ BAŞ VERİR?
“Bu Şəhərdə” layihəsinin müəllifi və prodüseri Müşfiq Abbasovun yaratdığı “Şuşa” KVN komandası ətrafında ciddi qalmaqal yaranıb. Soçidə keçirilən ən böyük beynəlxalq “KiViN” festivalının birinci mərhələsində uğurla çıxış edən Azərbaycan komandası Aleksandr Maslyakovun şəxsən izləyəcəyi ikinci, həlledici mərhələyə keçib.

Bu uğura gedən yolda “Şuşa” komandasına adını dəyişdirmək təklifi (görünür, imtinası mümkün olmayan təklif edilib) həmyerlilərimizin kəskin hiddətinə səbəb olub. İnternetdə müzakirə başlayıb. Müşfiq Abbasovun komandaya yeni “Buta” adını verməsi kəskin qınaq və hiddətlə qarşılanıb, KVN-nin erməni azarkeşləri isə belə “qələbə”yə seviniblər.

Şuşa da bütün Qarabağ kimi Azərbaycanın ayrılmaz hissəsidir - bu, Qarabağı işğal altında saxlayaraq şəhərləri, kəndləri dağıdıb, mədəni irs yerlərini, ziyarətgahları, dini abidələri məhv edən qonşularımızın barışması çox çətin olan tarixi faktdır. Azərbaycan 44 günlük Vətən müharibəsi bütün suallara birdəfəlik aydınlıq gətirərək, bütün dünyaya göstərdi ki, xarici ərazilərə təcavüz və işğal bizim üçün yolverilməzdir.

Azərbaycan komandasının adının dəyişdirilməsi ilə bağlı ermənilərin sevinci pafoslu və gülməli görünür: qələbəni sosial şəbəkələrdəki zarafatlarla deyil, döyüş meydanında və bizim oğlanların kifayət qədər uğurla öhdəsindən gəldiyi KVN səhnəsində sübut etmək lazımdır.

“Şuşa” komandasının “Butu”ya çevrilməsi ilə bağlı əllərini ovuşduraraq sevinən ermənilərə isə xatırlatmaq istərdik ki, onlar özləri yalnız bir şeydə - sprintdə uğur qazanıblar. Bu yerdə Prezidentimizin “Onlar özlərini böyük döyüşçü hesab edirdilər, amma böyük sprinter olduqları meydana çıxdı” sözlərini xatırlamamaq olmur.

Məsələyə simpatiyalarının hansı tərəfdə olduğunu bir daha gizlətməyən “KiViN”in də tutduğu mövqe çaşqınlıq yaradır. Hörmətli təşkilat komitəsinə məşhur rus məsəlini xatırlatmaq istərdim: “Canavara nə qədər yem versən də, yenə də meşəyə baxır”.

Ermənilərin öz himayədarlarına münasibətdə yeni xəyanətləri isə uzun müddət gözlənilməyəcək. Üstəlik, adamda belə bir təəssürat yaranır ki, bu əhvalat “Novıye armyane” (“Yeni ermənilər”) komandasının müdaxiləsi olmadan baş verməyib, hətta sarsıdıcı məğlubiyyət də onlara dərs olmayıb və onlar xırda, çirkin oyunlarını davam etdirirlər, əksinə, başqa müstəvidə.

Hər halda bir şey aydındır - nə güclə, nə də intellektlə qalib gələ bilən ermənilər ən qədim erməni silahından - yalandan və təxribatdan istifadə edirlər.

Azərbaycan KVN-nin ağsaqqalı, “Bakılı oğlanlar”ın birinci komandasının əfsanəvi iştirakçısı və dəfələrlə çempionu Yuli Qusman hesab edir ki, yeni “Şuşa” (“Buta”) komandası məşhur KVN oyunçularının təcrübəsinə əsaslanmalıdır. Söhbət onun dövründəki və Anar Məmmədxanovun dövründəki oyunçuların təcrübəsindən gedir.

“Yalnız bu, onlara KVN-də inamla çıxış etməyə imkan verəcək”, - deyə Qusman AYNA-ya açıqlamasında bildirib.

Əfsanəvi KVN-çi komandanı adını dəyişməyə sövq edən səbəbləri izah etməkdə çətinlik çəkib: “Mənimlə heç kim bu mövzunu müzakirə etməyib - nə Azərbaycan tərəfi, nə də Aleksandr Maslyakovun komandası. Mən yeni komandanı görməmişəm və bu konflikt barədə heç nə eşitməmişəm, amma biz hamımız Şuşa sözünün Azərbaycan üçün nə demək olduğunu bilirik və xatırlayırıq ki, bu yaxınlarda Vətən müharibəsi gedirdi və Şuşa bu hadisələrin mərkəzində idi. “KiViN” festivalında nə baş verdiyindən xəbərsizəm, çünki Rusiyadan çoxdan çıxmışam və hazırda ezamiyyətdəyəm”.

Yuli Qusman onu da qeyd edib ki, o, Müşfiq Abbasovla şəxsən tanış deyil və ona görə də onun üçün tanımadığı insanları təmsil edən şəxsdən danışmaq son dərəcə çətindir.

Qeyd edək ki, AYNA əməkdaşı dəfələrlə Müşfiq Abbasova zəng edərək onun şərhini almağa çalışsa da, prodüser zənglərə cavab verməyib. //AYNA.AZ//шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.