DİM-dən dərsliklərdəki səhvlərə münasibət

25-01-2022, 17:55           
DİM-dən dərsliklərdəki səhvlərə münasibət
Dövlət İmtahan Mərkəzi orta məktəb dərsliklərindəki səhvlərə münasibət bildirib.
AzVision.az -ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, 2012-ci ildə ölkə Prezidenti o vaxtkı TQDK-ya dərsliklərin monitorinq keçirmək səlahiyyəti verib:

“2016-cı ildə DİM-in nizamnaməsində də qeyd olundu ki, Təhsil Nazirliyinin sifarişi əsasında monitorinq keçirə bilərik. Hər il Təhsil Nazirliyi dərslikləri təkmilləşmiş layihə şəklində bizə göndərir. Dərsliklərin məzmunu, bədii tərtibatı, tapşırıqlar, dizayna baxılır. Məzmunun izlənməsi baxımdan yekun rəylər hazırlayırıq, təkliflər veririk, səhvlər və mübahisəli məqamlar varsa, qeyd edib TN-ə göndəririk. Təkliflər də nəzərə alınır. IV sinif “Rus dili” dərsliyi ilə bağlı layihə yəqin ki, gələn illərdə bizə göndəriləcək, çünki bu il hələ II sinif üzrə hazırlanan kitab layihələri göndərilib. Sözügedən materialla bağlı yanlışlığı elektron versiyada artıq düzəldiblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru