Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alırlar

26-01-2022, 12:36           
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alırlar
Azərbaycan vətəndaşları 2021-ci ildə Türkiyədə 1517 mülk alıb. Bu da 2020-ci illə müqayisədə 238 ədəd çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlakın Alqı-Satqı Dövlət Qurumu yayıb.

Mənbə qeyd edir ki, 2021-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 192 əmlak alıb ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 37 əmlak çoxdur.

Ötən il Türkiyədə 1,4 milyon əmlak satılıb. Bu da 2020-ci illə müqayisədə 0,5 faiz azdır.

2021-ci ilin dekabr ayında Türkiyədə 226 503 əmlak satılıb. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə çoxluq təşkil edir. Ötən il ərzində isə əcnəbilər Türkiyədə 58 576 mülk əldə edib. Bu da 2020-ci illə müqayisədə 43,5 faiz çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru