Marsda inanılmaz tapıntılar - NASA nə deyir?

30-01-2022, 13:32           
Marsda inanılmaz tapıntılar - NASA nə deyir?
ABŞ-ın Milli Kosmos Agentliyi (NASA) "Curiosity" kosmik aparatı tərəfindən Marsdan gətirilmiş torpaq nümunələrini analiz etdikdən sonra bunların indiyədək rast gəlinməmiş karbon növü ilə zəngin olduğunu açıqlayıb.

Teref.az teleqraf.com-a istinadən xəbər verir ki, NASA mütəxəssisləri bunu daha çox bioloji proseslərlə əlaqələndiriblər.

Elm adamlarına görə, bu, Marsda həyatın mümkünlüyünə daha çox inam yarada bilər.

Təbii ki, qırmızı planetdə tapılan bir çox əvvəlki nümunələr kimi, bunlar da yeni suallar yaradır. Bəzi elm adamlarına görə, Marsda yeni karbon növünün olması Marsda vaxtilə həyatın olduğuna dair sübut deyil. Yeni araşdırma isə bunun Marsda qədim həyatın sübutu ola biləcəyini iddia edib. Bununla belə, bu, sadəcə olaraq, karbon qazı və ultrabənövşəyi şüanın qarşılıqlı təsirinin nəticəsi ola bilər. Bundan əlavə, bunlar milyonlarla il əvvəl baş vermiş böyük kosmik hadisədən qalan karbon qalıqları ola bilər.

Tədqiqatçı Pol Mahaffinin araşdırma ilə bağlı münasibəti belə olub: "Biz Marsda inanılmaz dərəcədə maraqlı şeylər tapırıq. Ancaq orada həyat tapdığımızı söyləmək üçün həqiqətən daha çox dəlil lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru