2021-ci ildə Avropanın ən işlək hava limanı hansı olub?

30-01-2022, 15:02           
2021-ci ildə Avropanın ən işlək hava limanı hansı olub?
Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2021-ci ilin hesabatlarına görə, İstanbul Hava Limanı 36 milyon 988 min 563 sərnişinlə Avropanın ən işlək hava limanı olub.

Musavat.com-un məlumatına görə, Beynəlxalq Hava Limanları Şurasının (ACI) Avropanın illik hesabatı göstərir ki, qitənin hava limanlarında sərnişin axını keçən il 37 faiz artıb, amma 2020-ci ildə pandemiya fonunda bu rəqəm 2019-cu illə müqayisədə 59 faiz azalıb. “ACI Europe"un məlumatına görə, 2021-ci ildə ən çox sərnişinə Türkiyə və Rusiyanın hava limanları xidmət göstərib. 2021-ci ilin nəticələrinə görə, İstanbul Hava Limanı ən işlək hava limanı kimi tanınıb - 36 988 563 sərnişin. İkinci yerdə 30 milyon 943 min 456 sərnişinlə Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanı, üçüncü yerdə 26 milyon 201 min 698 sərnişinlə Parisin Şarl de Qoll hava limanı, dördüncü yerdə Amsterdam Şifo aeroportu və beşinci yerdə Moskvanın Domodedovo hava limanı qərarlaşıb.

Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, İstanbul Hava Limanı 2020-ci ildə sərnişin sayına görə Avropa hava limanları arasında birinci yerdədir. Nəzərdən keçirilən dövr ərzində Türkiyə metropolisindəki hava limanı 23,4 milyon sərnişinə xidmət göstərib.

Əlavə edək ki, qardaş ölkə turizmlə bağlı daha böyük hədəflərə doğru addımlar atmaqdadır. 2021-ci ildə Türkiyəyə turist axını 30 milyon nəfəri keçib. Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkələrdə yazıb. “2021-ci ildə Türkiyəyə gələn turistlərin sayı 30 milyon nəfəri keçib", - türkiyəli nazir bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.