Onlayn nəzir: İslam nə deyir? - AÇIQLAMA

31-01-2022, 17:12           
Onlayn nəzir:
Xəbər verdiyimiz kimi, Azərbaycanda artıq nəzirləri onlayn vermək mümkün olacaq. Milli Məclisin yaz sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulub. Bəzi vətəndaşlar onlayn nəzir verməyin daha etibarlı olduğunu desələr də, bəziləri nəzir qutusundan istifadə etməyə üstünlük verir. Millət vəkili Fazil Mustafa isə islamda nəzir qutusu anlayışının olmadığını bildirib. Bu məsələ sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Teref.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli qeyd edib ki, islam dinində nəzir anlayışı var.

“Quranda bunun dəlili mövcuddur. Hər hansı diləyin muradı var. Məsələn, bir insan xəstəliyə düçar olub və sağalmaq istəyir. İnsan duasının gerçəkləşməsi üçün özünü mükəlləf edir. Qurban kəsməyə niyyətlənir, muradına çatandan sonra qurbanını kəsib paylayır. Bu nəzirdir”, - ilahiyyatçı bildirib.

O qeyd edib ki, hər məscidin nəzdində nəzir qutuları əvəzinə maarif mərkəzinin açılması daha məqsədəuyğundur:

“Burada maddi imkanı olmayanların övladları oxusun. Müəllimlərə bu mərkəz tərəfindən yardım olunsun. Bu günəcən nəzir qutuları barədə şəffaflıq yox idi. Bu səbəbdən dövlətimiz bu məsələnin üzərinə ciddi gedir. Onlayn şəkildə nəzir vermək olar. Burada niyyət önəmlidir. Vətəndaş bilməlidir ki, onun verdiyi pul hansı xeyriyyə fondu vasitəsilə qazimizin yarasına dərman olacaq. Onlayn sistemə keçdikdən sonra vətəndaşlara nəzirin hara xərclənməsi barəsində qaranlıq heç nə qalmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.