Vaksin olunanlar niyə Omikrona yoluxur? 1-02-2022, 00:02 “Genomunda çox sayda dəyişikliyə malik olduğuna görə, “Omikron” peyvənddən və ya xəstəlikdən sonra müdafiəni keçə bilir”.Bu barədə rusiyalı alim, molekulyar biologiya mütəxəssis Konstantin Severinov bildirib.Onun sözlərinə görə, anticisimlər “Omikron”un S-proteinini daha pis tanıyır və buna görə də virusun bu versiyasını daha pis neytrallaşdırır.Mütəxəssis digər ştammlarla müqayisədə “Omikron”un daha yumşaq keçməsini insanların daha çox immunitet qazanması ilə əlaqələndirir. /oxu.az/ Facebook-da paylaş