“Omikron”un daha betəri çıxdı: “gizli omikron” ƏGƏR SİZDƏ YÜKSƏK HƏRARƏT, ARAMSIZ ÖSKÜRƏK VARSA DƏRHAL...
1-02-2022, 16:53
Koronavirusun hazırda dünyada və eləcə də Azərbaycanda dominant variantına çevrilmiş “omikron” ştammının daha betər və daha sürətlə yayılan alt növü barədə xəbərdarlıq edilib. Böyük Britaniyanın səhiyyə təhlükəsizliyi üzrə Agentliyi (UKHSA) bildirir ki, “stels-omikron” və ya “gizli omikron” da adlanrılan BA.2 alt ştammının əsas əlamətləri yüksək hərarət və aramsız quru öskürək, habelə iy və dad bilmə qabiliyyətinin tam, yaxud qismən itirilməsidir. Lakin mütəxəssislər “omikron” ştammının BA.1 kodu ilə təsnif edilən orijinal variantına nisbətən BA.2 alt ştammının daha hansı fərqli xüsusiyyətlərə malik olduğunu hələ tam ayrıd edə bilməyiblər. Onlar bildirirlər ki, yuxarıdakı əlamətləri özündə müşahidə edənlər dərhal həkimə müraciət etməli, test verməli və özünütəcrid rejiminə keçməlidir.
UKHSA bildirir ki, BA.2 alt variantını orijinal BA.1 variantından laborator şəraitdə fərqləndirmək çətindir. Bununla belə PSR-testlər BA.2 variantına yoluxanlarda müsbət nəticəni qüsursuz ortaya çıxarır.
BA.2 alt növünü ilk dəfə yanvarın ortalarında İsveçdə aşkar ediblər. Bu mutasiya daha sonra Danimarka, Norveç və Hindistanda aşkar olunub, yanvarın 21-də isə Böyük Britaniyada ona rast gəlinib. İlkin variantlara görə “omikron”un bu vairnatı əvvəlki variantından daha sürətlə yaylılır. “Omikron” variantının özünün isə koronavirusun daha əvvəlki “Delta” variantına nisbətən dəfələrlə çox yayıldığı artıq sübut olunub.
virtualaz.org