Qafqazın ilk toxuculuq fabrikindən geriyə qalanlar - FOTOREPORAJ

1-02-2022, 17:24           
Qafqazın ilk toxuculuq fabrikindən geriyə qalanlar - FOTOREPORAJ
Qapısına qıfıl vurulan bu bina zamanında əhali üçün çox məhsuldar, faydalı müəssisələrdən biri olub.

Söhbət Xətai rayonu ərazisində yerləşən Bakı Toxuculuq Fabrikindən gedir.

Mənbələrə görə, 1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Hacı Zeynalabdin Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Elə bundan sonra təxminən 1900-cü ildə ilk dəfə Qafqazda Hacı Zeynalabdin Tağıyev adına Bakı Toxuculuq Birlik inşa edilir.

Həmin fabrikin fəaliyyəti üçün təbii olaraq xammal da təmin edilməli idi. H.Z.Tağıyev toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alıb. Bundan sonra 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də məhz H.Z.Tağıyev təşkil etmişdi.

Oxu.Az-ın fotoqrafı Hacı Zeynalabdin Tağıyev adına Bakı Toxuculuq Fabrikinin binasından geriyə qalan görüntüləri fotokamerasının obyektivinə köçürüb.

Həmin fotoları təqdim edirik:
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru